İran nüvə sazişindən çıxmağa hazırlaşır
AzVision.az xəbər verir ki, bu sözləri İranın xarici işlər nazirinin müavini Abbas Arakçı “Euronews”a müsahibəsində deyib.
Onun sözlərinə görə, əgər avropalılar, yaxud İranın nüvə proqramına dair Hərtərəfli müştərək fəaliyyət planının digər üzvləri Tehranın razılaşmaya sadiq qalmasını istəyirlərsə, onda ABŞ-ın yoxluğunu kompensasiya etməlidirlər.
Qeyd edək ki, mayın 8-də ABŞ-ın birtərəfli qaydada İranla nüvə sazişindən çıxması və sanksiyaları bərpa etməsindən sonra sazişin digər iştirakçıları, o cümlədən Avropa üçlüyü – Fransa, Almaniya və Böyük Britaniya sankiyalara rəğmən nüvə anlaşmasında qalmaqla böyük zərərlə üzləşməyəcəyinə dair Tehrana iqtisadi-siyasi zəmanət veriblər. Onlar, həmçinin İranı əmin ediblər ki, hazırkı nüvə sazişinin qorunub saxlanmasının tərəfdarıdırlar.
Leyla Elbrusqızı
AzVision.az
Teqlər: İran ABŞ Avropa nüvəsazişi







Vaxtında, Aydın, Lazımlı!


