Bakı-Qazax yolunda ölümlə nəticələnən qəza

Bakı-Qazax yolunda ölümlə nəticələnən qəza
  14 Oktyabr 2013    Oxunub:836
Şamaxı rayonunda Bakı-Qazax yolunun 133-cü kilometrliyində "Mercedes" markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, hadisə nəticəsində "Mercedes" markalı minik avtomobilinin sürücüsü 1973-cü il təvəllüdlü Saatov Nəriman Ağaveyis oğlu hadisə yerində vəfat edib və deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə N.Saatovun cəsədini avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər.

AzVision.az


Teqlər:





Xəbər lenti