Erməni nazir İrəvanın “Polonez” qorxusunu gizlətmədi
AzVision.az xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Zohrab Mnaçakanyan Minskdə Belaruslu həmkarı Vladimir Makey ilə görüşündə deyib.
Qeyd edək ki, bundan əvvəl Ermənistanın Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Belarusun bu ölkədəki səfiri İqor Nazarçukla görüşərək, KTMT çərçivəsində müttəfiqlik öhdəliyi olan rəsmi Minskin Azərbaycanı silahlandırmasını qınamışdı. Ermənistan XİN-in yaydığı bəyanatda isə Belarusun bu addımından təəssüf hissi keçirdikləri bildirilmişdi.
Xatırladaq ki, Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında hökumətlərarası razılaşmaya əsasən ölkəmizə gətirilən 301 mm-lik “Polonez”lər artıq ordumuzun silahlanmasına daxil edilib. Belarus 2018-ci ildə 10 ədəd “Polonez” reaktiv yaylım atəşi sistemlərinin (РСЗО) ixracına dair ilk müqavilənin yerinə yetirilməsini planlaşdırıb.
“Polonez”in istehsalına 2014-cü ildə başlanıb. “Polonez”in bir maşını raketlərlə eyni zamanda səkkiz hədəfə dəqiq zərbə endirməyə imkan verir. Belə ki, bir maşın üzərində döyüşə hazır 8 raket mövcuddur. Bu isə "Polonezi" Rusiyanın Ermənistana verdiyi "İskəndər" raketlərindən daha dəqiq, dağıdıcı və məhsuldar edir.
Leyla Elbrusqızı
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


