İranla Səudiyyə neft məsələsində razılaşdı

  22 İyun 2018    Oxunub : 580
İranla Səudiyyə neft məsələsində razılaşdı
İranla Səudiyyə Ərəbistanı neft istehsalı həcminə dair müəyyən irəliləyiş əldə ediblər. AzVision.az bildirir ki, İranın neft naziri Bijan Namdar Zanqana bu gün Vyanada keçiriləcək OPEK ölkələrinin toplantısından öncə Səudiyyə Ərəbistanlı həmkarı Xalid əl-Falih ilə baş tutan görüşündən sonra jurnalistlərlə açıqlamasında belə deyib.
Görüşün müsbət keçdiyini bildirən Zanqana vurğulayıb ki, neft istehsalının artırılmasına dair rəqəmləri müzakirə ediblər və OPEK-in toplantısında neft istehsalı həcmi ilə əlaqədar ortaq anlaşma əldə edilə bilər.

Qeyd edək ki, OPEK-in üzvü Səudiyyə Ərəbistanı və təşkilata daxil olmayan neft ixracatçılarından Rusiya neft istehsalının artırılmasının tərəfdarıdırlar. Sanksiyalarla üzləşən İran isə neft qiymətlərinin düşməməsi üçün neft tədarükü balansının qorunmasını irəli sürərək, istehsalın artırılmasına qarşı çıxır. Bundan 2 gün əvvəl verdiyi açıqlamada isə Zanqana ümimiyyətlə OPEK görüşündən hansısa nəticə gözləmədiyini bildirmişdi.


Leyla Elbrusqızı
AzVision.az

Teqlər: İran   Səudiyyəərəbistanı   neft