Malaziyanın tanınmış iş adamlarından olan Nazrin Həsən faciəvi şəkildə ölüb.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, şirkət rəhbəri gecə saatlarında mobil telefonunu enerji yığması üçün cihaza qoşub. İş adamı yuxuda olarkən telefon partlayaraq evdə yanğına səbəb olub. Nəticədə şirkət sahibi evində yanaraq ölüb.