TQDK seminarlara başlayır

TQDK seminarlara başlayır
  14 Oktyabr 2013    Oxunub:845
Bu gündən etibarən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının nəzdində fəaliyyət göstərən fənlər üzrə elmi-metodiki seminarlar öz işinə başlayır.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, komissiya Naxçıvan, Gəncə, Lənkəran, Şəki, Quba, Göyçay, Ağcabədi və Şirvan regional bölmələrində həmin bölgələri təmsil edən müvafiq fənn müəllimlərinin iştirak etməsi nəzərdə tutulan elmi-metodiki seminarlar da eyni vaxtda öz işinə başlayır və eyni qrafiklə fəaliyyət göstərir.

Seminarlarda iştirak etmək arzusunda olanlar Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Yoxlama-ölçmə materiallarının işlənməsi sektoruna, bölgələrdə isə Komissiyanın regional bölmələrinə müraciət edib qeydiyyatdan keçməlidirlər.


Teqlər:





Xəbər lenti