Ən az şagirdi olan rayonlar açıqlandı

Ən az şagirdi olan rayonlar açıqlandı
  23 İyun 2018    Oxunub:2422
2017-ci ildə Azərbaycanda təhsil alan şagirdlərin sayı 1.522.487 nəfər olub. Təhsil alanların sayına görə, ən çox şagirdi olan rayon Sabunçudur. Burada yerləşən 46 məktəbdə 62.374 şagird təhsil alır. Ən az şagird sayı olan rayon isə Sədərəkdir. Burada yerləşən 4 məktəbdə 1.287 şagird təhsil alır.
AzVision.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin 2017-ci ilə dair hesabatında bildirilib.

Hesabatda qeyd olunub ki, rayonlar üzrə ümumtəhsil müəssisələri içərisində ən çox məktəb sayı olan rayonlar 135 məktəblə Quba və Ağdamdır. Naftalan rayonu isə 3 məktəblə say sıralamasında sonuncudur.

Sədərək (1287), Naftalan (1.408), Xocalı (1.580), Şahbuz (2.208) və Xocavənd (2.067) müvafiq olaraq ən az şagirdi olan, Sumqayıt (53.290), Abşeron (52.787), Gəncə (43.131), Şəmkir (34,621) və Lənkəran (31.853) isə ən çox şagirdi olan şəhərlərdir.

Sədərəkdə cəmi 4, Naftalanda 3, Xocalıda 12, Xocavənddə 16, Şahbuzda isə 23 məktəb var.

Aytən Zəhra
AzVision.az


Teqlər: Təhsil-Nazirliyi   Məktəb   Şagird  





Xəbər lenti