Paşinyanın "sağ əli"ndən etiraf: "Borcu bağlaya bilməyəcəyik"

Paşinyanın "sağ əli"ndən etiraf: "Borcu bağlaya bilməyəcəyik"
  23 İyun 2018    Oxunub:1996
Yüksək səviyyəli məmurların vəzifədən sui-istifadə və külli miqdarda mənimsəmə işi üzrə Milli Təhlükəsizlik Xidməti və polisin həyata keçirdiyi istintaqlarla Ermənistanın dövlət borcunu ödəmək mümkün olmayacaq.

AzVision.az xəbər verir ki, bu sözləri Ermənistan baş nazirinin birinci vitse-prezidenti Ararat Mirzoyan “Azadlıq radiosu”na açıqlamasında deyib.
Suallardan yayınmaq üçün Mirzoyan vurğulayıb ki, Ermənistanın dövlət borcu məsələsində, yaxud da MTX-nın apardığı istintaq üzrə məsuliyyətli şəxs deyil. O, sadəcə korrupsiyaya qarşı mübarizəni, sistem islahatlarını, dövlət orqanlarının və bəzi sosial sferaların işini koordinasiya edir.

Ermənistanın dövlət borcuna gəldikdə isə, Paşinyanın "sağ əli" konkret rəqəm açıqlamaqdan yayınıb və qeyd edib ki, dövlət gəlirlərini mənimsəyən korrupsioner məmurlardan pulu geri qaytarmaqla Ermənistanın xarici borcu bağlanmayacaq. Mirzoyan həmçinin, istintaq nəticəsində yüksək vəzifəli şəxslərdən alınıb dövlət büdcəsinə qaytarılan pulun məbləğini açıqlamaqda çətinlik çəkib.

Qeyd edək ki, Ermənistanın maliyyə naziri Atom Dcandjuqazyan 2017-ci ildə ölkəsinin dövlət borcunun 6,675 milyard dollar təşkil etdiyini bildirib. 2018-ci ilin ilin ikinci rübündən isə Ermənistanın dövlət borcu artıq 7 milyard dollara çatıb. Ermənistanın dövlət borcu bir qədər də artaraq, ÜDM-un 60 faizindən çoxunu təşkil edir. Dcandjuqazyan etiraf edib ki, ölkəyə sərmayə yatırımı olduqca zəifdir və minimum səviyyədə olan xarici investisiyalar Ermənistanın iqtisadi problemlərinin həlli üçün yetərli deyil.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Ermənistan  





Xəbər lenti