Prezident təqaüdçülərinin oxuduğu məktəblər

Prezident təqaüdçülərinin oxuduğu məktəblər
  23 İyun 2018    Oxunub:1574
Hər il 102 abituriyent prezident təqaüdü almaq imkan qazanır. Onların ən çox seçdiyi universitetlər Azərbaycan Tibb Universiteti, Bakı Ali Neft Məktəbi, ADA Universiteti, Prezident yanında Dövlət İdarəçilik Akademiyası olub.
AzVision.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin 2017-ci ilə dair hesabatında qeyd edilib.

Bildirilib ki, 2017/2018-ci tədris ili üçün qəbul imtahanlarında toplanan orta bal üzrə ən yüksək göstəriciyə malik ali təhsil müəssisəsi Bakı Ali Neft Məktəbi olub. Sonrakı yerlərdə Azərbaycan Tibb Universiteti, Prezident yanında Dövlət İdarəçilik Akademiyası, Dövlət Gömrük Komitəsinin Akademiyası, ADA Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Milli Aviasiya Akademiyası, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti gəlir.

Qəbul imtahanlarında orta balı ən aşağı göstəriciyə malik ali təhsil müəssisəsisələri isə Azərbaycan Kooperasiya Universiteti, Odlar Yurdu Universiteti, Bakı Biznes Universiteti, Azərbaycan Texnologiya Universiteti, Bakı Avrasiya Universitetidir.

Aytən Zəhra
AzVision.az


Teqlər: Təhsil-Nazirliyi   Məktəb   Tələbə  





Xəbər lenti