Ötən il 1831 nəfər diplom ala bilməyib - (Yenilənib)

Ötən il 1831 nəfər diplom ala bilməyib - (Yenilənib)
  23 İyun 2018    Oxunub:3113
Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələrində ötən il 23.174 nəfər yekun attestasiyaya buraxılıb ki, onların da 22.394 nəfəri diplom alıb.

AzVision.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin 2017-ci ilə dair hesabatında bildirilib.
Qeyd olunub ki, digər dövlət qurumlarının tabeliyində olan ali təhsil müəssisələrində 4.672 nəfər yekun attestasiyaya buraxılıb. Onların 4.504 nəfəri diplom alıb. Özəl ali təhsil müəssisələrində isə yekun attestasiyaya buraxılmış 3.533 tələbədən 3.378 nəfəri diplom alıb.

Rusiya Federasiyasının ali təhsil müəssisələrinin Bakı filiallarında 85 nəfər yekun attestasiyaya buraxılıb və onlardan 84 nəfəri diplom alıb. Ümumilikdə ötən il 1104 tələbə diplom ala bilməyib.

Təhsil Nazirliyinin tabeliyində olan orta ixtisas təhsili müəssisələrində isə 14053 nəfərdən 13386 nəfəri, digər dövlət qurumlarının tabeliyində olan orta ixtisas təhsili müəssisələrində 2632 nəfərdən 2565 nəfəri ,özəl orta ixtisas təhsili müəssisələrində isə 1026 nəfərdən 943 nəfəri diplom alıb.

2017-ci ildə orta ixtisas təhsili müəssisələrində yekun dövlət attestasiyasına buraxılmış tələbələrdən 95,4 faizi (17711 nəfərdən 16984 nəfəri) diplom alıb. Beləliklə, 727 tələbə diplom ala bilməyib.

Aytən Zəhra
AzVision.az


Teqlər: Təhsil-Nazirliyi   Diplom  





Xəbər lenti