41 yaşlı baş naziri öldürmək istədilər

41 yaşlı baş naziri öldürmək istədilər
  23 İyun 2018    Oxunub:1302
Meskel meydanında çıxış edən Efiopiyanın 41 yaşlı baş naziri Abiy Əhmədə qarşı sui-qəsd cəhdi edilib.
AzVision.az “Reuters”ə istinadən xəbər verir ki, paytaxt Əddis-Əbəbədə minlərlə insan baş nazirə dəstək mitinqi keçirib. Abiy Əhmədin nitqinin sonuna yaxın onun olduğu səhnəyə doğru qumbara atıb. Partlayış nəticəsində bir neçə nəfər ölüb və çoxlu yaralı var. Hadisə ilə bağlı istintaq aparılır. Baş nazirin özünə isə heç nə olmayıb.

Daha sonra televiziya vasitəsilə xalqa müraciət edən Abiy Əhməd partlayışın Efiopiyanın bütövlüyünü istəməyən qüvvələr tərəfindən gerçəkləşdirildiyini deyib.

Qeyd edək ki, keçmiş hərbçi olan Abiy Əhməd apreldə Efiopiyanın baş naziri seçiləndən sonra iqtisadi və siyasi sahədə bir sıra radikal islahatlar həyata keçirib. O, efiopiyalıları təəccübləndirərək bəyan edib ki, Eritreya ilə 2 illik müharibəyə son qoymaq üçün 2000-ci ildəki sülh razılaşmasını tam yerinə yetirməyə hazırdır. Abiy Əhməd həmçinin, ölkənin 100 milyonluq əhalisinin həyatında ciddi müsbət dəyişiklərə səbəb olacaq addımlar atacağını, Efiopiyanın qonşuları ilə əlaqələrini yaxşılaşdıracağını bildirib.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Efiopiya   sui-qəsd  





Xəbər lenti