Medvedevdən Azərbaycanla bağlı yeni təyinat

Medvedevdən Azərbaycanla bağlı yeni təyinat
  23 İyun 2018    Oxunub:2304
Rusiya-Azərbaycan hökumətlərarası komissiyasının yeni həmsədri Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin təyin edilib.
AzVision.az xəbər verir ki, o, bu vəzifədə Baş nazirin keçmiş müavini Dmitri Roqozini əvəz edib. Bu barədə sərəncamı Rusiyanın Baş naziri Dmitri Medvedev imzalayıb.

Sənədə əsasən, Baş nazirin müavini Tatyana Qolikova D.Roqozini digər vəzifəsində - Belçika və Lyuksenburq ilə iqtisadi əməkdaşlıq üzrə müştərək komissiyanın həmsədri vəzifəsində əvəz edib.

Qeyd edək ki, D. Roqozin bir müddət əvvəl "ROSKOSMOS"-un rəhbəri təyin edilib.

AzVision.az


Teqlər:



Xəbər lenti