Ermənistanda mərmi daşıyan hərbi maşın aşıb

Ermənistanda mərmi daşıyan hərbi maşın aşıb
  24 İyun 2018    Oxunub:1871
Ermənistanın Müdafiə Nazirliyinə məxsus yük avtomobili qəzaya uğrayıb.
AzVision.az Ordu.az-a istinadən xəbər verir ki, dünən saat 15:00 radələrində Kotayk vilayətinin Nor Qeği-Eğvard yolunda Ermənistan Müdafiə Nazirliyinə məxsus "Ural" markalı yük avtomobili yolun hərəkət hissəsindən çıxaraq aşıb.

Qəza nəticəsində ölən və ciddi xəsarət alan olmasa da, həkimlər sürücü və sərnişinə ilkin tibbi yardım göstəriblər. Hadisə yerinə hərbi polis əməkdaşları cəlb edilib. Avtomobil mərmilərlə yüklü olub və partlayış baş verməyib.

Araşdırma aparılır.

AzVision.az


Teqlər: Ermənistan   Qəza  





Xəbər lenti