Zimbabve prezidentinə sui-qəsd edildi

Zimbabve prezidentinə sui-qəsd edildi
  24 İyun 2018    Oxunub:1466
Bu gün naməlum şəxslər tərəfindən Zimbabve prezidenti Emmerson Mnanqaqvaya sui-qəsd edilib.
TASS-ın verdiyi məlumata görə, prezident hadisə zamanı xəsarət almayıb.

“Hadisə Bulavayo şəhərində prezident mitinqdə çıxış edərkən baş verib. Hazırda dövlət başçısı təhlükəsiz yerdədir”, - deyə prezidentin mətbuat katibi bildirib.

Prezident dəftərxanasının nümayəndəsi Corc Çarambanın sözlərinə görə, hadisə nəticəsində xəsarət alanlar olub. Onların arasında vitse-prezident və bir neçə nazir var.

Hadisə ilə bağlı təhqiqata başlanılıb. Təfərrüatlar barədə ictimaiyyətə məlumat veriləcək.

AzVision.az


Teqlər: Zimbabve   Sui-qəsd  





Xəbər lenti