Ankarada təhlükəsizlik tədbirləri gücləndirilib

Ankarada təhlükəsizlik tədbirləri gücləndirilib
  24 İyun 2018    Oxunub:1320
Türkiyənin paytaxtı Ankarada prezident və parlament seçkiləri ilə əlaqədar təhlükəsizlik tədbirləri gücləndirilib.
AzVision.az xəbər verir ki, bu gün 16 min polis əməkdaşı xidmətə cəlb olunub.

Təhlükəsizliyin təmin edilməsi üçün 40 xüsusi texnika, 35 zirehli avtomobil, helikopter və dronlardan da istifadə olunacaq. Seçki məntəqələri səhər saatlarından etibarən polis nəzarətinə alınıb.

Qeyd edək ki, bu gün Türkiyədə prezident və parlament seçkiləri keçirilir.

AzVision.az


Teqlər: Ankara   Türkiyə   Seçki  





Xəbər lenti