Trampa görə restorandan qovuldu

Trampa görə restorandan qovuldu
  24 İyun 2018    Oxunub:1244
Ağ Evin mətbuat katibi Sara Sanders ABŞ prezidenti Donald Trampla birlikdə işlədiyinə görə restorandan qovulub.
O, bu barədə özünün "Twitter" hesabında yazıb. Sanders qeyd edib ki, Leksinqtondakı restoranlardan biri ABŞ lideri Trampa işlədiyinə görə ona xidmət göstərməkdən imtina edib.

"Dünən Virciniya ştatının Leksinqton şəhərindəki "Red Hen"un rəhbəri ABŞ prezidentinə işlədiyimə görə məndən restoranı tərk etməyimi xahiş etdi", - deyə Sanders vurğulayıb.

AzVision.az



Teqlər: ABŞ   Tramp  





Xəbər lenti