Rusiya xəbərdarlıq etdi

Rusiya xəbərdarlıq etdi
  14 Oktyabr 2013    Oxunub:1142
Rusiyanın paytaxtı Moskvada qafqazlı gəncin oktyabrın 10-da rusiyalı İqor Şerbakovu qətlə yetirməsi və qatilin həbs olunmaması etiraza səbəb olub.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, cinayəti törədənin həbs olunmağını tələb edən bir qrup irqçi alış-veriş mərkəzinə hücum edib. İctimai asayişi qorumağa çalışan polis 200 nəfəri saxalyıb.

Rusiyanın Miqrant Federasiyasının sədri Məhəmməd Amin əcnəbiləri ictimai yerlərdən uzaq durmağa çağırıb. O vurğulayıb ki, Moskvanın müxtəlif yerlərində belə hücumlar ola bilər.

Qeyd edək ki, oktyabrın 10-da qətlə yetirilən İqor Şerbakovun qatili hələ də tapılmayıb. Çoxlu sayda bıçaq zərbəsi ilə törədilmiş qətli qeyri-slavyan mənşəli, qafqazlı görkəmli şəxsin törətdiyi bildirilib. Qatilin hələ də tapılmamasına etiraz edən yüzlərlə rus milliyyətçisi paytaxtda yaşayan qeyri-slavyanlara qarşı hədə-qorxu və milli zəmində sərt irqçi şüarlar səsləndiriblər. Hazırda Brulyova rayonunda küçələrdə qeyri-slavyan görkəmli şəxslərin gəzməsi təhlükəli hesab olunur.

Fatimə


Teqlər:  





Xəbər lenti