İmişlidə qəza, ölən var
Qəzaya düşənlər Hacıqabul-Bəhrəmtəpə avtomobil yolunun inşasını aparan tikinti şirkətinin işçiləridir.
Hadisə ötən gün İmişli-Qaradonlu avtomobil şosesinin 8-ci km-də, rayonun Çahar kəndindən keçən hissəsində qeydə alınıb.
Naxçıvan sakini 32 yaşlı Elnur Hacıyev idarə etdiyi "Mitsubishi" markalı avtomobillə İmişli istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və avtomobil aşıb.
Qəza zamanı sürücü hadisə yerində dünyasını dəyişib. Avtomobildə olan sərnişinlər - Neftçala rayonunun sakinləri olan 26 yaşlı Ülvi İsayev və 24 yaşlı Əkbər Miriyev müxtəlifdərəcli bədən xəsarətləri alıblar.
Yaralılar İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Xəstələrdən birinin vəziyyəti ağır olduğu üçün Bakıya göndərilib.
Faktla bağlı araşdırma aparılır.
AzVision.az
Teqlər: