İncənin həmkəndliləri də Ərdoğanı seçdi

  24 İyun 2018    Oxunub : 680
İncənin həmkəndliləri də Ərdoğanı seçdi
Türkiyədə keçirilən prezident seçkilərinin ilkin nəticələrinə əsasən, Rəcəb Tayyib Ərdoğan yenidən ölkə başçısı seçilib.
AzVision.az xəbər verir ki, Ərdoğanın əsas rəqibi sayılan Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Məhərrəm İncə cəmi 30 faizə yaxın səs toplayaraq ikinci olub.

Müxalif namizədin doğma kəndinin sakinləri də Ərdoğanın namizədliyini dəstəkləyiblər. Belə ki, Yalovanın Almalıq kəndində keçirilən səsvermə zamanı 814 nəfər Ərdoğana, 456 nəfər isə İncəyə səs verib. Hansı ki, hər kəs bunun tam əksini gözləyirdi.

AzVision.az

Teqlər: Türkiyə   Seçki