Məhərrəm İncə Ərdoğanın qələbəsini etiraf etdi
AzVision.az xəbər verir ki, bu barədə “FOX TV”nin aparıcı İsmayıl Küçükkaya “Twitter” hesabında məlumat yayıb.
M.İncənin seçkinin nəticələrinə dair bu gün mətbuat konfransı keçirəcəyi gözlənilir.
Qeyd edək ki, Türkiyənin Ali Seçki Komissiyasının (ASK) sədri Sədi Güvən bildirib ki, ölkə üzrə 59.354.840 seçicinin 87 faizdən çoxu səsvermədə iştirak edib. Seçicilərin 52.6 faizi prezidentliyə namizəd Ərdoğana səs verib. CHP-nin namizədi Məhərrəm İncə isə seçicilərin 30 faizinin səsi ilə ikinci yerdə qərar tutub.
Kənan Məmmədov
AzVision.az
Teqlər: Türkiyə Seçki Ərdoğan İncə