Erməni hərbçiyə 17 il həbs verildi

Erməni hərbçiyə 17 il həbs verildi
  25 İyun 2018    Oxunub:1183
Ermənistan ordusunda müqavilə əsasında xidmət keçən hərbi qulluqçu O.Vadimə qəsdən adam öldürmə maddəsi üzrə 17 il azadlıqdan məhrumetmə cəzası verilib.

AzVision.az xəbər verir ki, bu barədə qərarı Arat və Vayodzor əyalətlərinin ümumi yurisdiksiya məhkəməsi çıxarıb.
Məhkəmə zərərçəkən tərəfin şikayətini təmin edib. Belə ki, erməni hərbçi öldürülən şəxsin doğmalarına 1,5 milyon dram (3 min dollar) məbləğində təzminat ödəməlidir.

Qeyd edək ki, erməni hərbçi O.Vadim 2017-ci ilin 21 aprel tarixində 69 yaşlı taksi sürücü Arutyun Azatyanı qarət edərək onun pulunu və mobil telefonunu götürüb. Daha sonra onu dəmir parçası ilə döyərək, xüsusi amansızlıqla qətlə yetirib və taksi sürücüsünün cəsədini Razdan çayına atıb.

Xatırladaq ki, bu, Ermənistan ordusunda muzdla çalışan hərbçilərin törətdiyi ilk belə qətl hadisəsi deyil.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Ermənistan   cinayət   məhkəmə  





Xəbər lenti