Rusiya və Azərbaycan sərbəst tranzit barədə razılaşdı

Rusiya və Azərbaycan sərbəst tranzit barədə razılaşdı
  25 İyun 2018    Oxunub:1615
Rusiya və Azərbaycan beynəlxalq avtomobil daşımalarına dair sərbəst tranzit barədə müqaviləyə qayıtmaq niyyətindədirlər.

AzVision.az “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə Rusiya Dövlət Dumasının nəqliyyat və tikinti üzrə Komitəsinin Bakıda səfərdə olan sədri Yevgeni Moskviçev deyib.
“Keçirilən görüşlərdə biz Rusiya ilə Azərbaycan arasıdakı beynəlxalq avtomobil daşımalarına dair müqaviləyə geri dönmək və ən əsas məsələni həll etmək barədə razılaşdıq. Rusiya və Azərbaycana tranzit icazə sistemi tətbiq edilmədən, sərbəst olmalıdır” – deyə Moskviçev jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, bunun sayəsində İrandan Azərbaycana və Rusiyaya daşınan yüklərin həcmi bir neçə dəfə artacaq. Və bu məsələ Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinin Azərbaycan prezidenti İlham Əliyevlə görüşündə də müzakirə olunub.

Qeyd edək ki spiker Vyaçeslav Volodinin rəhbərliyi ilə Rusiya Dövlət Dumasının nümayəndə heyəti Azərbaycanda rəsmi səfərdədir.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Azərbaycan   Rusiya   tranzit  



Xəbər lenti