Axtarışda olan iki nəfər tutuldu

Axtarışda olan iki nəfər tutuldu
  14 Oktyabr 2013    Oxunub:976
Tutulan şəxslər oğurluqda ittiham olunur
Bakıda axtarışda olan iki nəfər tutulub. Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin 18-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan Şahnaz Aminova tutulub.

Digər hadisə isə Sabunçu rayonunda qeydə alınıb. Rayon Polis İdarəsinin 12-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsilə axtarışda olan Samir Qasımov tutulub.


Teqlər:





Xəbər lenti