ABŞ Şimali Koreya üçün plan hazırladı
AzVision.az xəbər verir ki, bu barədə Pentaqonun rəhbəri Ceyms Mettisi müşayiət edən nümayəndə deyib.
O, qrafikin detalları barədə açıqlama verməsə də, Pxenyanın nüvə proqramının ləğvi prosesinin uzun zaman çəkməyəcəyini söyləyib.
Sinqapur sammitindən sonra ABŞ dövlət katibi Mayk Pompeo bəyan etmişdi ki, Vaşinqton nüvəsizləşmə prosesinin bütövlükdə 2-2,5 ilə - Donald Trampın prezidentlik müddətinin sonunədək yekunlaşacağına ümid edir.
Qeyd edək ki, Pentaqonun rəhbəri Ceyms Mettis 26-28 iyun tarixlərində Uzaq Şərq turnesinə çıxaraq, Çin, Cənubi Koreya və Yaponiyaya səfər edəcək. Bu, 2014-cü ildən bəri ABŞ müdafiə nazirinin Çinə ilk səfəri olacaq. Keçiriləcək görüşlərin hamısında Koreya yarımadasının nüvəsizləşməsi məsələsi prioritet olacaq.
Leyla Elbrusqızı
AzVision.az