Avropa İttifaqından Türkiyədəki seçkilərə ilk reaksiya

Avropa İttifaqından Türkiyədəki seçkilərə ilk reaksiya
  25 İyun 2018    Oxunub:1415
Avropa İttifaqından (Aİ) Türkiyədəki seçkilərlə əlaqədar səslənən ilk açıqlamada qarşılıqlı əməkdaşlığın davam etdiriləcəyi bildirilib.
AzVision.az xəbər verir ki, bu barədə “Anadolu Ajans” məlumat yayıb.

“Ümid edirik ki, prezident Rəcəb Tayyip Ərdoğanın liderliyi ilə Türkiyə miqrant, təhlükəszilik, regional sabitlik və terrorla mübarizə kimi mühüm məsələlərdə Aİ-nın tərəfdaşı olmağa davam edəcək”, – deyə Aİ sözçüsü Marqaritis Sxinas bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Aİ-nın xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Mogerininin Lükemburqda keçirilən xarici işlər nazirləri Şurasında Türkiyədəki seçkilərlə bağlı daha ətraflı bəyanat verəcəyi gözlənilir.

Qeyd edək ki, Avropa Parlamentinin Almaniyadan olan deputatı, Xristian Demokratlar Birliyi partiyasının üzvü Renate Sommer bəyan etmişdi ki, 24 iyunda Türkiyədə keçiriləcək prezident seçkilərində Rəcəb Tayyip Ərdoğan qalib gələrsə, Avropa İttifaqına üzv olmaqla bağlı Ankara ilə aparılan danışıqlara son qoyulmasını tələb edəcək.

Xatırladaq ki, ötən gün Türkiyədə növbədənkənar prezident və parlament seçkiləri keçirilib. Türkiyə Ali Seçki Komissiyasının məlumatına görə, ölkə üzrə 59.354.840 seçicinin 87 faizdən çoxu səsvermədə iştirak edib. Prezident seçkilərinin nəticələrinə əsasən, hazırkı prezident Rəcəb Tayyip Ərdoğan 52,6 faiz səslə qələbə qazanıb.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Türkiyə   Avropaİttifaqı   seçki  





Xəbər lenti