Sarkisyanın qardaşı sərbəst buraxıldı - Yenilənib

Sarkisyanın qardaşı sərbəst buraxıldı - Yenilənib
  26 İyun 2018    Oxunub:7171
Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın qardaşı Aleksandr Sarkisyan sərbəst buraxılıb.
AzVision.az xəbər verir ki, bu barədə “news.am”-a Ermənistan polisinin mətbuat xidmətinin rəhbəri Aşot Aqaronyan bildirib.

“Hazırda Aleksandr Sarkisyan polisdə deyil”, - deyə Aqaronyan bildirib.

***
(19:00)

Ermənistanın sabiq prezidenti, keçmiş baş nazir Serj Sarkisyanın qardaşı Aleksandr Sarkisyan polis əməkdaşları tərəfindən saxlanılıb.

AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, məlumatı Ermənistan polisinin ictimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Aşot Aqaronyan təsdiqləyib.

Bildirilib ki, Aleksandr Sarkisyan qanunsuz silah saxlamaqda şübhəli bilinərək polis bölməsinə aparılıb. Hazırda faktla bağlı araşdırma aparılır.



AzVision.az



Teqlər: Ermənistan   Sarkisyan  



Xəbər lenti