Tramp İran və Suriyaya xəbərdarlıq etdi

Tramp İran və Suriyaya xəbərdarlıq etdi
  26 İyun 2018    Oxunub:1718
ABŞ prezidenti Donald Tramp İordaniya kralı II Abdulla ilə görüşündə Suriyanın cənub-qərbindəki hücumlarla əlaqədar narahatlığını bildirib.

AzVision.az xəbər verir ki, bu barədə Ağ Evin yaydığı məlumatında bildirilib.
“Prezident Tramp məqsədinin İranın Suriya Ərəb Respublikası və bütün Yaxın Şərqdə zərərli təsirinin qarşısını almaq olduğunu vurğulayıb. Həmçinin, Suriyada hökumət qüvvələrinin ölkənin cənub-qərbinə etdiyi hücumlarla bağlı narahatlığını ifadə edib” – deyə bəyanatda qeyd olunub.

Tramp İordaniyada iqtisadi islahatların keçirilməsinə, eyni zamanda, israillilər ilə fələstinlilər arasında davamlı sülhün əldə olunması üzrə görülən işlərə dəstəyi davam etdirəcəklərini vurğulayıb.

Qeyd edək ki, mayda ABŞ prezident administrasiyası İdlib də daxil olmaqla, Suriyanın şimal-qərb rayonlarının bərpasına maliyyə yardımı ayrılmasını dayandırıb. Söhbət 200 milyon dollardan çox vəsaitdən gedir. Vaşinqton bəyan edib ki, Suriya prezidenti Bəşər Əsədin nəzarət etdiyi regionların bərpasına pul xərcləmək istəmir.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: ABŞ   Suriya   İran  





Xəbər lenti