ABŞ-dan Şimali Koreyaya güzəşt

ABŞ-dan Şimali Koreyaya güzəşt
  26 İyun 2018    Oxunub:1508
Sinqapur sammitində nüvəsizləşməyə dair əldə olunan razılaşmaların yerinə yetirilməsi üçün Vaşinqton Pxenyana qarşı vaxt məhdudiyyəti qoymayacaq.

AzVision.az bildirir ki, bu barədə ABŞ dövlət katibi Mayk Pompeo CNN-ə müsahibəsində deyib.
“Bu, 2 ay və ya 6 ay da olsa, mən müddət qoymayacağam. Çünki biz hər iki liderin (ABŞ prezidenti Donald Tramp və Şimali Kreya lideri Kim Çen In – red) müəyyənləşdirdiyi məqsədlərə nail ola biləcəyimizi öyrənmək üçün irəliləyiş əldə etməyə çalışırıq”, – deyə Pompeo bildirib.

O, vurğulayıb ki, Vaşinqton danışıqları davam etdirmək yolunda Pxenyanın kifayət qədər səy göstərib-göstərməməsini müntəzəm şəkildə yoxlayır.

Qeyd edək ki, 12 iyunda Sinqapurda keçirilən ABŞ-Şimali Koreya tarixi sammiti yekun sənədin imzalanmasilə başa çatıb. Trampla Kim Çen In sammit çərçivəsində bəyan ediblər ki, bundan sonra ABŞ-la Şimali Koreya arasındakı münasibətlər əvvəlkindən daha fərqli olacaq və sammitin nəticələri tezliklə müsbət nəticələrini verəcək. Pxenyan tam nüvəsizləşməyə dair, Vaşinqton isə bunun əvəzində Şimali Koreyanın təhlükəsziliyinə zamənat verəcəyilə bağlı öhdəlik götürüb.

Sinqapur sammitindən sonra ABŞ dövlət katibi Mayk Pompeo bəyan etmişdi ki, Vaşinqton nüvəsizləşmə prosesinin bütövlükdə 2-2,5 ilə - Donald Trampın prezidentlik müddətinin sonunədək yekunlaşacağına ümid edir.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Koreya   ABŞ   nüvə  





Xəbər lenti