Tramp Ərdoğanla görüşmək istəyir
AzVision.az xəbər verir ki, bunu Ağ Evin sözçüsü Sara Sanders bu gün keçirdiyi brifinqdə deyib.
Hər iki liderin görüşündə əsas müzakirə predmetinin Suriya və Ankaranın Moskvadan "S-400" sistemlərini almaq məsələsinin olacağı gözlənilir.
Ağ Evin sözçüsü qeyd edib ki, Donald Tramp seçkilərdə qələbə qazanması münasibətilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana zəng vuracaq.
Qeyd edək ki, ABŞ Dövlət Departamenti 24 iyunda Türkiyədə keçirilən seçkilərin nəticələrinə münasibət bildirərək, yaydığı bəyanatda “türk seçicilərinin qərarına hörmətlə yanaşırıq” ifadəsini işlədib.
Leyla Elbrusqızı
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


