Saakaşvili İlham Əliyevi təbrik edib

Saakaşvili İlham Əliyevi təbrik edib
  14 Oktyabr 2013    Oxunub:1074
Gürcüstanın Prezidenti Mixeil Saakaşvili İlham Əliyevə təbrik edib.
Bu barədə Prezidentin rəsmi saytında məlumat verilib. Təbrik məktubunda deyilir:

Gürcüstanın Prezidenti Mixeil Saakaşvilidən
Zati-aliləri cənab Prezident, əziz dost!

Azərbaycan Respublikasının Prezidenti seçkilərində qalib gəlməyiniz münasibətilə səmimi təbrikimi qəbul edin. Bu, tamamilə layiq olduğunuz tarixi qələbədir. Bu qələbə prezidentliyiniz dövründə Azərbaycanın əldə etdiyi tərəqqinin nəticəsidir. Azərbaycan xalqı buna dəyər verdi, tarix də dəyər verəcəkdir. Seçkilərdə qələbəniz Azərbaycan xalqı tərəfindən Sizə göstərilən böyük etimad və etibardır. Buna isə ölkənizin inkişafı və rifahı üçün göstərdiyiniz böyük əzm və yorulmaz fəaliyyətiniz səbəb olmuşdur. Bu qələbəniz nəinki Azərbaycanın müstəqilliyi, eləcə də postsovet məkanındakı ölkələr üçün də mühüm amildir. Azərbaycan xalqı üçün gördüyünüz böyük işlər gürcü xalqı ilə bərabər regionda azadlığı sevən hər bir xalqa ilham qaynağı olmuşdur.

Əminəm ki, Gürcüstan və Azərbaycan Respublikası arasında mövcud olan xüsusi strateji tərəfdaşlıq xalqlarımızın rifahı naminə yenə də məhsuldar şəkildə davam edəcəkdir.

Fürsətdən istifadə edərək, dərin hörmətimi ifadə edir və bir daha gürcü xalqı və şəxsən öz adımdan Sizi təbrik edirəm. Ali dövləti vəzifəsində Sizə uğurlar diləyir, qardaş Azərbaycan xalqına xoşbəxtlik və rifah arzulayıram.


Teqlər:





Xəbər lenti