Mahmud Məmmədquliyev İrəvana gedir

Mahmud Məmmədquliyev İrəvana gedir
  26 İyun 2018    Oxunub:3068
Azərbaycan və Türkiyə Xarici İşlər Nazirliklərinin nümayəndələri Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək üçün sabah İrəvana səfər edəcəklər.

AzVision.az xəbər verir ki, bu barədə Aysor.am saytı məlumat yayıb.
Bildirilib ki, Azərbaycandan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev, Türkiyədən isə XİN-in çoxtərəfli iqtisadi əlaqələr üzrə məsul şəxsi Ömər Küçük İrəvandakı tədbirdə iştirak edəcək.

Qeyd edək ki, İrəvandakı toplantı çərçivəsində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında sədrliyin Ermənistana keçməsi mərasimi təşkil olunacaq.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: XİN   İrəvan   QDİƏT  





Xəbər lenti