İpoteka kreditləri üçün nazirə müraciət etdilər
Nazirliyin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, qəbulda Beyləqan rayonu ilə yanaşı Ağcabədi, Biləsuvar və İmişli rayonlarından olan 30-a yaxın vətəndaş da iştirak edib. Qəbul zamanı vətəndaşlar tərəfindən əsasən idman zallarının tikintisi, stadionların və idman qurğuların idman avadanlıqları ilə təchiz edilməsi, habelə gənclər mərkəzlərinin tikintisi, ipoteka kreditlərinin verilməsi, gənclərin qeyri-hökumət təşkilatlarının yaradılması və digər məsələlər qaldırılıb. Bəzi məsələlər yerindəcə həllini tapmış, araşdırılması tələb edən məsələlər isə nəzarətə götürülüb.
Teqlər: