Avropada erməni mafiyasına qarşı irimiqyaslı əməliyyat keçirilir

Avropada erməni mafiyasına qarşı irimiqyaslı əməliyyat keçirilir
  26 İyun 2018    Oxunub:2258
İspaniya hökuməti və xüsusi xidmət orqanları erməni cinayətkar mafiyasına qarşı irimiqyaslı əməliyyat keçirir.

AzVision.az xəbər verir ki, bu barədə Kataloniyanın hüquq-mühafizə orqanı Mossos d'Esquadra "Tvitter"də məlumat verib.
“Narkotika və silah ticarəti, tütün qaçaqmalçılığı, çirkli pulların yuyulması, idman oyunları mərclərində korrupsiya və bütün Avropa üzrə digər mülki cinayətlərlə əlaqəsi olan erməni mənşəli cinayətkar qruplaşmaya qarşı İspaniya Milli Polisi ilə birgə əməliyyat aparırıq” – deyə Kataloniya polisi bəyan edib.

İspaniya KİV-nin məlumatına əsasən, əməliyyat zamanı Barselona, Madrid, Valensiya, Alikante, Alabaset və digər iri şəhərlərdə axtarış həyata keçirilir. Əməliyyatın gedişində 100 nəfərdən çox erməni əsilli cinayətkarın həbs olunacağı və 70-dən çox axtarış tədbirləri keçiriləcəyi ehtimal olunur. Çünki söhbət, Ermənistandan gəlib Avropada fəaliyyət göstərən ən böyük cinayətkar şəbəkədən gedir.

İspaniya polisinin məlumatına görə, erməni cinayətkar mafiyası üzvlərinin ABŞ, Fransa, Belçika, İtaliya və Litvada əlaqələri var. "El País" İspaniya xüsusi xidmət orqanlarındakı mənbəsinə istinadən xəbər verib ki, bu cür irimiqyaslı əməliyyatlar nəticəsində Gürcüstandan olan Şuşanaşvili qardaşlarının cinayətkar qruplaşmasının və erməni əsilli “vor-zakon” Erik Caqinyanın cinayət əməllərinə son qoyulacaq.

Qeyd edək ki, İspaniyada erməni cinayətkar şəbəkəsinə qarşı istintaq-axtarış tədbirləri 2016-cı ilin yanvarında Tarrasa şəhərində iki nəfərin qətlindən sonra başlayıb.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Ermənistan   ermənimafiası   Avropa  





Xəbər lenti