CHP lideri istefa verməyəcəyini elan etdi

CHP lideri istefa verməyəcəyini elan etdi
  26 İyun 2018    Oxunub:1511
24 iyun tarixində Türkiyədə keçirilən növbədənkənar prezident və parlament seçkilərindən sonra Türkiyənin müxalif Cumhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu ilk dəfə mətbuat konfransı keçirərək açıqlama verib.
Kılıçdaroğlu jurnalistlərin CHP daxilində istefa çağırışlarına dair sualların da cavablandırıb. Bu mənada, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Mahir Ünalın “Muharrəm İncənin təmsil etdiyi partiyadan daha çox səs qazanması Kamal Kılıçdaroğlunun partiya liderliyi məsələsində mübahisəli vəziyyət yaradıb” fikrinə münasibət bildirən Kılıçdaroğlu qeyd edib ki, partiyadaxili siyasətlərini kənardan edilən təlqinlərlə müəyyənləşdirmirlər.

“Tək adama təslim olan partiya deyilik. Mahir Ünal getsin öz partiyasına baxsın. Biz demokratiyanı müdafiə edirik. CHP-nin bütün üzvləri ilə oturub müzakirə edəcəyik. Partiyada nələrin olacağına partiya üzvləri qərar verir. Kreslo sevdalısı olanların bu partiyada işi yoxdur. CHP-də qalmaq istəyənlərin ortaq hədəfləri demokrtaiya olmalıdır”, – deyə Kılıçdaroğlu bildirib. CHP lideir bununla da istefa vermək niyyətində olmadığını göstərib.

CHP sədri hətta indidən gələcək seçkilərə hazırlıq planınıda açıqlayıb. Kılıçdaroğlu, 9 ay sonra Türkiyədə keçiriləcək bələdiyyə seçkilərində bundan güclü nəticələr əldə edəcəklərini deyib.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Türkiyə   seçki   CHP   AKP  





Xəbər lenti