Lavrovun müavini ATƏT-in baş katibi ilə Qarabağı müzakirə edib

Lavrovun müavini ATƏT-in baş katibi ilə Qarabağı müzakirə edib
  26 İyun 2018    Oxunub:1453
Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko və ATƏT-in baş katibi Tomas Qreminqer münaqişələrin nizamlanmasında ATƏT-in rolu və iştirakı məsələsini müzakirə ediblər.

AzVision.az bildirir ki, bu barədə Rusiya XİN məlumat yayıb.
Qeyd olunur ki, bu gün Vyanada ATƏT-in təhlükəsizlik sahəsindəki problemlərinə baxış üzrə keçirilən illik konfransı çərçivəsində görüşən Qruşko və Qreminqer, qurumun Avropa təhlükəsizliyinin aktual problemləri üzrə bərabərhüquqlu və qarşılıqlı hörmət əsasında aparılan dialoq meydanı kimi rolunu, həmçinin transmilli təhdidlərlə mübarizədə ATƏT-in potensialının inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.

Görüşdə tərəflər təşkilatın ATƏT ərazisindəki münaqişələrin həlli istiqamətindəki fəaliyyətinə də toxunublar. “Şərqi Ukraynadakı, Dnestryanı və Dağlıq Qarabağ münaqişələrinin nizamlanmasında ATƏT-in verdiyi töhfə və Cenevrə müzakirələri çərçivəsində Cənubi Qafqazda təhlükəsizlik və sabitlik istiqamətində qurumun işi nəzərdən keçirilib”, – deyə Rusiya XİN-in bəyanatında bildirilib.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Ermənistan   Azərbaycan   DağlıqQarabağ   Rusiya   ATƏT  





Xəbər lenti