Azay Quliyev ATƏT PA –ya təşəkkür etdi
A.Quliyev Azərbaycanda seçkilərin demokratik və şəffaf keçirildiyini vurğulayıb və bildirib ki, 1400 beynəlxalq və 52 min yerli müşahidəçilərin iştirakı ilə keçən seçkilər bütün müşahidəçilər tərəfindən müsbət qiymətləndirilib.
Xüsusilə AŞPA və Avropa Parlamentinin seçkilərin azad, ədalətli və şəffaf şəkildə keçirildiyini ilə bağlı verdikləri bəyanat vuğulayan Azay Quliyev, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) rəyi qeyri-obyektiv olduğundan təəssüfləndiyini bildirib.
Quliyevin fikrincə qurumun rəyi reallığı tam olaraq əks etdirmədiyindən qəbul edilə bilməz.
DTİHB rəyinin bir çox hallarda şayiələrə və təsdiqlənməmiş məlumatlara əsaslandığını deyən A. Quliyev qurumu qərarına yenidən baxmağa və ədalətsizliyi aradan qaldırmağa çağırıb.
AzVision.az