MTN Nizami Ələkbərovla bağlı məlumatı TƏKZİB etdi

MTN Nizami Ələkbərovla bağlı məlumatı TƏKZİB etdi
  14 Oktyabr 2013    Oxunub:1021
Milli Təhlükəsizlik Nazirliyi (MTN) İsmayılının keçmiş icra başçısı Nizami Ələkbərova nazirlikdə yeni vəzifə verilməsini təkzib etdi.

İsmayılının keçmiş icra başçısı Nizami Ələkbərova Milli Təhlükəsizlik Nazirliyində (MTN) yeni vəzifə verilməsi barədə məlumat yalandır. AzVision.az-ın sorğusuna cavab olaraq, bu barədə MTN-in İctimai Əlaqələr Mərkəzinin rəhbəri Arif Babayev məlumat verib. Onun sözlərinə görə, bu məlumat kökündən yalnışdır və sarı mətbuatın növbəti uydurmasıdır.

Qeyd edək ki, “Azadlıq” qəzetində yayılan məlumata görə, Nizami Ələkbərov bu yaxınlarda Milli Təhlükəsizlik Nazirliyində (MTN) şöbə müdiri vəzifəsinə təyin edilib. Məlumatda bildirilib ki, onun atası Həsən Ələkbərov da uzun müddət MTN-də çalışıb. Görünür, Nizami Ələkbərovun bu quruma transfer olunmasında bu amil də rol oynayıb.

Onu da əlavə edək ki, Nizami Ələkbərov yanvarın 23-də İsmayıllıda baş verən məlum olaylardan bir qədər sonra tutduğu vəzifədən azad edilib.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti