Trampdan Ərdoğana təbrik zəngi

Trampdan Ərdoğana təbrik zəngi
  26 İyun 2018    Oxunub:1054
ABŞ prezidenti Donald Tramp türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana zəng edib.
AzVision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Tramp iyunun 24-də keçirilmiş seçkilərdə qələbə qazanması münasibətilə Ərdoğana təbriklərini çatdıb.

Bundan əlavə, ölkə liderləri telefon danışığında Türkiyə və ABŞ arasındakı strateji ortaqlığa diqqət çəkərək qarşıdakı dövrdə başda hərbi sahə olmaqla, ikitərəfli əlaqələrin hər sahədə inkişafı üçün qərarlı olduqlarını diqqətə çatdırıblar.

Prezidentlər 11-12 iyul tarixlərində Brüsseldə keçiriləcək NATO zirvəsində görüşməyi səbirsizliklə gözlədiklərini vurğulayıblar.

AzVision.az


Teqlər: Ərdoğan   Tramp  



Xəbər lenti