Erməni kapitan öz əsgərini öldürdü

Erməni kapitan öz əsgərini öldürdü
  27 İyun 2018    Oxunub:5111
Ermənistan ordusunun kapitanı öz əsgərini güllələyib.

AzVision.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb. Bildirilib ki, qətli törədən zabit Karapetyan hadisə vaxtı sərxoş olub.
Belə ki, o, əsgər Darbinyanın əlindən avtomatını alaraq atəş açmağa başlayıb. Nəticədə bir neçə metr aralıda dayanan müqaviləli hərbçi Ovannes Melkonyan aldığı güllə yarasından hadisə yerində ölüb.

Qətl törədən erməni zabitə qarşı üç maddə ilə cinayət işi açılıb, istintaq davam edir.

AzVision.az


Teqlər: Ermənistan   Zakit   Əsgər  





Xəbər lenti