Hərbçilərin siğortası müzakirə olunacaq
Komitənin sədri Ziyad Səmədzadə iclasın gündəliyi barədə məlumat verərək deyib ki, sığorta bazarının inkişaf etdirilməsi məqsədi ilə əvvəllər qəbul olunmuş qanunlar artıq öz nəticəsini göstərməkdədir. Qeyd olunmuşdur ki, son 10 il ərzində sığorta bazarı çox böyük sürətlə inkişaf edib.
Diqqətə çatdırılmışdır ki, iclasın gündəliyində nəzərdə tutulan dəyişikliklər və əlavələr Azərbaycan Respublikası qanunlarının tələblərinə uyğun sığorta olunanlar və sığortalıların hüquqlarının qorunması ilə əlaqədar inzibati məsuliyyətin gücləndirilməsi üçün edilir.
Komitə iclasında müzakirə edilən hər beş qanun layihəsinin Milli Məclisin plenar iclasına çıxarılması tövsiyə olunub.