Türkiyədə onlarla hərbçi həbs edilib

Türkiyədə onlarla hərbçi həbs edilib
  27 İyun 2018    Oxunub:2023
Türkiyədə FETÖ təşkilatı ilə əlaqədə şübhəli bilinən 151 nəfərin barəsində həbs qərarı çıxarılıb.
Ankara prokurorluğu artıq FETÖ əlaqələrinə görə 43 nəfərin saxlanılmasını sanksiyalaşdırıb. Onlardan 30-u təxris olmuş və hazırda xidmət edən hərbçilərdir. 13 nəfər isə Türkiyə hərbi dəniz qüvvələri komandanlığında qruplaşmanın tapşırıqlarını yerinə yetirən gizli imamlardır.

Ankaradan başqa, Türkiyənin 23 əyalətində FETÖ-ya qarşı əməliyyatlar keçirilib. Hərbçilər və təhlükəsizlik xidməti əməkdaşları daxil olmaqla 102 nəfər saxlanılıb.

AzVision.az


Teqlər: Türkiyə   Həbs  



Xəbər lenti