“Qarabağ” “Lans”ın futbolçusunu transfer edib

“Qarabağ” “Lans”ın futbolçusunu transfer edib
  27 İyun 2018    Oxunub:3663
2018/2019-cu il mövsümünün hazırlığını davam etdirən “Qarabağ” klubu heyətini gücləndirməyə davam edir.
“Qarabağ” fransalı futbolçu Abdullah Zubiri heyətinə qatıb. Futbolçu ilə iki illik müqavilə imzalanıb.

Peşəkar karyerasına 2011-ci ildə Fransanın “Qrenobl” klubunda başlayan Zubir bir mövsüm sonra eyni ölkənin “İstr” komandasına keçib. Yarımmüdafiəçi 2013/2014-cü il mövsümünün ikinci yarısında icarə əsasında Şotlandiyanın “Hibernian” klubunda çıxış edib, daha sonra yenidən müqavilə ilə məxsus olduğu “İstr”a qayıdıb. 2015/2016-ci il mövsümündə Rumıniyanın “Petrolul” klubuna transfer olunub.

Daha sonra Fransanın “Lans” klubuna keçən fransalı yarımmüdafiəçi son iki mövsümü burada keçirib. İyirmi altı yaşlı futbolçu “Lans” forması ilə meydanda olduğu 70 oyunda 6 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.

AzVision.az


Teqlər: QarabağFK  





Xəbər lenti