Netanyahu İlham Əliyevə zəng edib

Netanyahu İlham Əliyevə zəng edib
  14 Oktyabr 2013    Oxunub:838
Oktyabrın 14-də İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
Benyamin Netanyahu Prezident seçkilərində əldə etdiyi qələbə münasibətilə dövlətimizin başçısını təbrik etmiş, ona Prezidentlik fəaliyyətində uğurlar arzulayıb.

Dövlətimizin başçısı göstərilən diqqətə və təbrikə görə Benyamin Netanyahuya minnətdarlığını bildirib.

Söhbət zamanı Azərbaycan ilə İsrail arasında ikitərəfli münasibətlərin perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Teqlər:





Xəbər lenti