Şimali Koreya ilə Yaponiya arasında yeni qalmaqal

Şimali Koreya ilə Yaponiya arasında yeni qalmaqal
  27 İyun 2018    Oxunub:1178
Cenevrədə keçirilən tərksilah üzrə beynəlxalq konfransda Şimali Koreyanın nümayəndəsi Yaponiyanı “ona aid olmayan işlərə burun soxmaqda” ittiham edib.

AzVision.az bildirir ki, bu barədə NHK telekanalı məlumat verib.
Yaponiyanın təmsilçisi bəyan edib ki, Tokio Vaşinqton və Seulla birgə Pxenyandan Koreya yarımadasının tam nüvəsizləşdirilməsini tələb edəcək.

Buna cavab olaraq, Şimali Koreya nümayəndəsi bildirib ki, “Yaponiya nə Panmuncom bəyannaməsini, nə də ki Şimali Koreya ilə ABŞ liderlərinin birgə bəyanatını imzalayıb. Odur ki, Tokio ona aid olmayan məsələlərə burnunu soxur.”

Qeyd edək ki, ötən ay Yaponiya baş naziri Şinzo Abe bildirmişdi ki, Pxenyan tam nüvəsizləşməni həyata keçirsə və oğurlanan yapon vətəndaşlarının məsələsini həll etsə, Şimali Koreya ilə münasibətləri bərpa edəcəklər. Sinqapur samitində isə, Trampın vasitəçiliyi ilə Kim Çen In Abe ilə görüşməyə formal razılıq vermişdi.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Koreya   Yaponiya   ABŞ   nüvə  





Xəbər lenti