Trampın adamından önəmli Menbiç açıqlaması

Trampın adamından önəmli Menbiç açıqlaması
  27 İyun 2018    Oxunub:1730
"Türkiyə ilə birlikdə Yaxın Şərq bölgəsində və xüsusən də Menbiç ətrafındakı gərginliyi azaltmaq üçün gördüyümüz işi təqdir edirəm".

AzVision.az xəbər verir ki, bu sözləri ABŞ prezidenti Donald Trampın İŞİD terror təşkilatı ilə mübarizə üzrə xüsusi nümayəndəsi Bret MakQurk İŞİD-ə qarşı koalisiyanın Mərakeşdə keçirdiyi iclasda deyib.
Trampın xüsusi nümayəndəsi son zamanlar Suriya üzrə ABŞ və Türkiyə arasındakı əməkdaşlığın müsbət istiqamətdə dəyişdiyini və Menbiçlə bağlı ortaq işin uğurlu olduğunu vurğulayıb.

“NATO müttəfiqimiz və İŞİD-ə qarşı koalisiyada tərəfdaşımız olan Türkiyə ilə birlikdə bölgədə, xüsusən də Menbiç ətrafındakı gərginliyi azaltmaq üçün gördüyümüz işləri təqdir edirəm. Türkiyə ilə Menbiçdə yol xəritəsi çəkdik. Onlarla aprdığımız danışıqlar faydalı və məhsuldar oldu. Bunun davam edəcəyini gözləyirik və bu əməkdaşlıq üçün minnətdarıq”, – deyə Mak Qurk bildirib.

ABŞ rəsmisi, həmçinin vurğulayıb ki, İŞİD-ə qarşı mübarizə sonədək aparılacaq. Bu mənada, Suriya və İraqdakı sonuncu İŞİD məntəqələrinin təmizlənməsi üçün ABŞ regiondakı müttəfiqlərilə əməkdaşlığı davam etdirir.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: ABŞ   Türkiyə   Menbiç   İŞİD  





Xəbər lenti