Ali Rada: ABŞ Ukrayna münaqişəsini alovlandırır

Ali Rada: ABŞ Ukrayna münaqişəsini alovlandırır
  27 İyun 2018    Oxunub:1648
ABŞ Ukraynada hərbi münaqişəsinin sona çatmasında maraqlı deyil və əlindən gələn hər şeyi edir ki, müharibə daha da uzansın.

AzVision.az xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının (parlament) deputatı Yevgeni Murayev "NewsOne" telekaalına müsahibəsində deyib.
Onun sözlərinə görə, qonşu dövlətlərlə adi normal münasibətlərə geri dönmək və iqtisadiyyatı bərpa etmək üçün Ukrayna hazırkı hökumətin tətbiq etdiyi bütün sanksiyaları ləğv etməli və ərazisində sülh yaratmalıdır.

Lakin Vaşinqton hadisələrin bu yöndə inkişafına mane olacaq, çünki bu cür məhdudlaşdırıcı tədbirlər ilk növbədə Avropa İttifaqı (Aİ) və Rusiyanın zəiflədilməsinə istiqamətlənib.

“Onların hər ikisi (Aİ və Rusiya) ABŞ-ın geosiyasi rəqibləridir. Buna görə də, xaricdən idarəetmə yolu ilə Vaşinqton bizim ölkəmizdəki hərbi münaqişəni bütün mümkün vasitələrlə alovlandırır”, – deyə Murayev qeyd edib. O, həmçinin vurğulayıb ki, Ukraynanın hazırkı hökuməti bu məsələdə ABŞ-a şərait yaradır və bununla da, vətənə xəyanat edir.

Qeyd edək ki, 2014-cü ilin Maydan hadisələrilə müşayiət olunan faktiki dövlət çevrilişindən sonra Ukraynanın şərqindəki Donetsk və Luqansk əyalətləri özlərini müstəqil respublika elan ediblər. Lakin beynəlxalq birlik onların leqitimliyini tanımır. Rusiya isə 2014-cü il Ukrayna hadisələri fonunda Krımı ilhaq edib. Ölkəni tərk edərək Moskvaya qaçan, Rusiya meylli xarici siyasət kursu yeridən Yanukoviçdən sonra, qərbpərəst Pyotr Poroşenko Ukraynanın prezidenti seçilib.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Ukrayna   Rusiya   ABŞ   Avropa  





Xəbər lenti