Təhsil naziri ilə görüşmək istəyənlərin nəzərinə

Təhsil naziri ilə görüşmək istəyənlərin nəzərinə
  14 Oktyabr 2013    Oxunub:1059
Təhsil naziri Mikayıl Cabbarov Lənkəran, Astara, Cəlilabad, Lerik, Masallı və Yardımlı rayonlarında yaşayan vətəndaşlarla görüşəcək.
Nazirlikdən AzVision.az-a verilən məlumata görə, 19 oktyabr 2013-cü il tarixində saat 11:00-da təhsil naziri Mikayıl Cabbarov Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2013-cü ilin oktyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Lənkəran, Astara, Cəlilabad, Lerik, Masallı və Yardımlı rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.

Qəbula gəlmək istəyən vətəndaşlar Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinin 146 nömrəli telefonuna və ya [email protected] elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçə bilərlər.


Teqlər:





Xəbər lenti