Minskdə həmsədrlərin iştirakı ilə Qarabağ müzakirəsi

Minskdə həmsədrlərin iştirakı ilə Qarabağ müzakirəsi
  27 İyun 2018    Oxunub:1427
ATƏT-in Minsk qrupunun həmsədrləri Stefan Viskonti (Fransa), İqor Popov (Rusiya), Endryu Şofer (ABŞ), ATƏT-in fəaliyyətdə olan sədrinin Dağlıq Qarabağ münaqişəsi üzrə şəxsi nümayəndəsi Anjey Kaspşik Belarusun xarici işlər naziri Vladimir Makey ilə görüşüb.
AzVision.az "Belta"ya istinadən xəbər verir ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi və Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə göstərdikləri səylər və münaqişə zonasında vəziyyət barədə naziri məlumatlandırıblar.

Görüş zamanı aktual məsələlər ATƏT-in Minsk qrupunun fəaliyyəti, eləcə də Belarusun Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması prosesinə mümkün töhfəsi müzakirə olunub.

ATƏT-in Minsk qrupunun həməsdrləri səfər çərçivəsində, həmçinin Belarusun xarici işlər nazirinin müavini Oleq Kravçenko ilə görüşüblər.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Belarus   ATƏT   Həmsədr   Qarabağ  



Xəbər lenti