Avropa İttifaqının ikiüzlü mövqeyi - Türkiyədən sərt cavab
AzVision.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda əks olunub.
“Həmin sənədlərdə ölkəmizin üzvlüyə namizədlik statusuna xələl yetirilməklə yanaşı, “Avropa İttifaqının genişlənməsi” bölümündə qoşulma müddətimizin sonrakı prosesinin məntiqsiz bir səbəb-nəticə əlaqəsi üzündən yeni şərtlərə bağlanmasını heç bir şəkildə qəbul etmirik”, – deyə Türkiyə XİN-in bəyanatında qeyd olunub.
Həmçinin bildirilib ki, həm Türkiyə, həm də Aİ-nın maraqlarına xidmət edəcək Gömrük İttifaqı üzrə əməkdaşlığın yenilənməsinin şərtlərlə əlaqələndirilməsini anlamaq çətindir.
Qeyd edək ki, ötən gün Avropa İttifaqı Şurasının genişlənmə məsələsinə dair təqdim etdiyi qətnamə layihəsində ölkədəki hüquq və azadlıqların müxtəlif sahələrində müşahidə olunan neqativ tendensiyalara görə Türkiyənin Aİ-dən getdikcə uzaqlaşdığı, bu səbəbdən Avropa İttifaqına daxil olması üçün Ankara ilə aparılan danışıqların dalana dirəndiyi bildirilib.
Leyla Elbrusqızı
AzVision.az
Teqlər: Türkiyə Avropaİttifaqı







Vaxtında, Aydın, Lazımlı!


