Tramp köməkçisini Putinlə görüşə göndərdi
AzVision.az “TASS”a istinadən xəbər verir ki, görüş Rusiya XİN-in Spiridonovkadakı binasında baş tutub.
Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Bolton bu gün Rusiya prezidenti Vladimir Putinlə də görüşəcək. Onun sözlərinə görə, ABŞ və Rusiya rəsmiləri o qədər də intensiv əlaqə saxlamırlar. Bu səbəbdən, belə görüşlər beynəlxalq münasibətlərin başlıca problemləri üzrə fikir mübadiləsi aparmaq, həmçinin ABŞ və Rusiyanın ikitərəfli əlaqələrində hökm sürən kədərli vəziyyəti müzakirə etmək üçün istifadə olunur.
Bundan əlavə, Con Bolton Putinin köməkçisi Yuri Uşakovla da görüşəcək.
Leyla Elbrusqızı
AzVision.az